satellite   Azerspace-1: 11135 H 30000

“Qalatasaray”da daha bir müqavilə

“Qalatasaray”da daha bir müqavilə

İstanbulun “Qalatasaray” klubu yarımmüdafiəçisi Özgür Baran Aksakanın müqavilə müddətini uzadıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Super Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

On doqquz yaşlı futbolçu yeni müqaviləyə əsasən, 2025/2026-cı il mövsümünün sonunadək İstanbul klubunda qalacaq.

Aksaka “Qalatasaray”ın öz yetirməsidir. Dayaq yarımmüdafiəçisi İstanbul klubunun əsas komandasında 3 oyun keçirib.

“Qalatasaray” ötən gün digər gənc futbolçusu Emin Bayramla da yeni müqavilə imzalandığını açıqlamışdı.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM