satellite   Azerspace-1: 11135 H 30000

“Valensiya” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib

“Valensiya” klubu müdafiəçisi ilə müqaviləni yeniləyib

İspaniyanın “Valensiya” klubu müdafiəçisi Muktar Diakabi ilə müqaviləni yeniləyib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, qvineyalı futbolçunun klubla müqaviləsi 2027-ci ilin iyun ayınadək uzadılıb.

İyirmi altı yaşlı futbolçu 2018-ci ilin iyulundan “Valensiya”da çıxış edir. O, bu mövsüm La Liqa təmsilçisinin heyətində 12 oyuna çıxıb və 2 qol vurub.

Müdafiəçinin klubla hazırkı müqaviləsi 2023-cü ilin iyun ayının sonunadək idi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM