satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində 7 pillə irəliləyib

“Qarabağ” klubu beynəlxalq reytinq cədvəlində 7 pillə irəliləyib

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) klubların yeni reytinq cədvəlini açıqlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 500-dən artıq komandanın yer aldığı siyahıda Azərbaycan 3 klubla təmsil olunub.

Hesabında 139 xal olan Ağdamın “Qarabağ” klubu 7 pillə irəliləyərək 78-ci olub. Ağdam təmsilçisinin UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi Belçikanın “Gent” klubu 114 xalla 109-cu pillədə qərarlaşıb.

“Neftçi” və “Zirə”nin də reytinq cədvəlindəki mövqeyində irəliləyiş müşahidə olunub. “Neftçi” 66,5 xalla 290-cı, “Zirə” isə 50,2 xalla 478-ci yerə yüksəliblər.

Reytinq cədvəlinə 299 xalla Braziliyanın “Flamenqo” komandası başçılıq edir. “Palmeyras” (Braziliya) 284 xalla ikinci, İngiltərənin “Liverpul” komandası 273 xalla üçüncü olublar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM