satellite   Azerspace-1: 11135 H 30000

Serbiyalı qapıçının "Qarabağ"a keçidi baş tutmayıb

Serbiyalı qapıçının "Qarabağ"a keçidi baş tutmayıb

Kiprin "Apollon" (Limassol) klubunun qapıçısı Aleksandar Yovanoviçin "Qarabağ"a keçidi baş tutmayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi yerli mətbuata istinadən xəbər verir ki, Limassol təmsilçisi serbiyalı qolkiperini "köhlən atlar"a satmaqdan imtina edib.

31 yaşlı çərçivə qoruyucusunun "Apollon"la 2026-cı ilin yayınadək müqaviləsi var.

Qeyd edək ki, daha əvvəl Almaniya "Bayer"i rusiyalı qapıçısı Andrey Lunyovu, Kipr "Aris"i isə braziliyalı qolkiperi Vana Alvesi "Qarabağ"a satmağa razılaşmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM