satellite   Azerspace-1: 11135 H 30000

“Traktor” sabahkı oyunun biletlərinin pulunu zəlzələ qurbanlarına bağışlayacaq

“Traktor” sabahkı oyunun biletlərinin pulunu zəlzələ qurbanlarına bağışlayacaq

Güney Azərbaycanın “Traktorsazi” futbol klubu İsfahanın “Foulad” (“Polad”) komandası ilə oyunun biletlərinin satışından əldə olunan gəliri Xoy bölgəsində zəlzələdən zərərçəkənlərə verəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Təbriz klubundan bildirilib.

Futbol matçı fevralın 1-də yerli vaxtla saat 14.00-da Təbrizdə keçiriləcək.

Xatırladaq ki, yanvarın 28-də Güney Azərbaycanın Xoy bölgəsində zəlzələ olub. Təbii fəlakət nəticəsində 3 500-dən artıq yaşayış binası dağılıb, ölənlər və yaralananlar var.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM