satellite   Azerspace-1: 11135 H 30000

Cüdoçumuz Orxan Səfərov Parisdə “Böyük dəbilqə” turnirində iştirak etməyəcək

Cüdoçumuz Orxan Səfərov Parisdə “Böyük dəbilqə” turnirində iştirak etməyəcək

Fevralın 4-5-də Parisdə keçiriləcək cüdo üzrə “Böyük dəbilqə” turnirində yarışacaq millimizin heyətində dəyişiklik olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Cüdo Federasiyasına istinadla xəbər verir ki, turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış etməli olan Orxan Səfərov yüksək hərarəti və öskürəyi olduğuna görə millinin baş həkiminin təqdimatı, performans direktorun və məşqçilər heyətinin qərarı ilə yarışda iştirak etməyəcək.

O.Səfərovun müalicəsinə dərhal başlanılıb və ən qısa zamanda sağalıb tatamiyə geri dönməsi üçün bütün lazımi tədbirlər görülür.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM