satellite   Azerspace-1: 11135 H 30000

"Zaqreb Open": Azərbaycan güləşçisi qızıl medal qazanıb

"Zaqreb Open": Azərbaycan güləşçisi qızıl medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Xorvatiyada keçirilən "Zaqreb Open"də qızıl medal qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 57 kq-da çıxış edən idmançı finalda yaponiyalı Yuto Nişuçi ilə qarşılaşıb. Rəqibinə 2:0 hesabı ilə qalib gələn Rzazadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Eyni çəki dərəcəsində yer alan İslam Bazarqanov 3-cü yer uğrunda qarşılaşmada gürcüstanlı Beka Bujiaşviliyə sonuncu xal prinsipinə əsasən uduzub - 4:4.

65 kq-da mübarizə aparan Əli Rəhimzadə isə bürünc medal görüşündə yaponiyalı Ryoma Anrakunu 12:1 hesabı ilə üstələyib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM