satellite   Azerspace-1: 11135 H 30000

Dünya çempionu Fransa millisindəki karyerasını başa vurub

Dünya çempionu Fransa millisindəki karyerasını başa vurub

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Rafael Varan Fransa millisindəki karyerasını başa vurub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi yığmanın heyətində oynamaqdan imtina edib.

Varan fiziki və psixoloji geriləmə hiss etdiyi üçün bu addımı atıb. Təcrübəli oyunçu ailəsi ilə daha çox vaxt keçirmək istəyir.

Qeyd edək ki, 2018-ci ildə Fransa millisi ilə dünya çempionu olan Rafael Varan ötən il Qətərdəki mundialda gümüş medal qazanıb. 2013-cü ildən yığmanın formasını geyinən müdafiəçi 2021-ci ildə Millətlər Liqasında da qızıl medala sahib çıxıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM