satellite   Azerspace-1: 11135 H 30000

“Australian Open-2023” tamaşaçı sayına görə rekorda imza atıb

“Australian Open-2023” tamaşaçı sayına görə rekorda imza atıb

Ötən ay keçirilən tennis üzrə “Australian Open” yarışı “Böyük dəbilqə” seriyalı turnirlər arasında tamaşaçı sayına görə rekorda imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yarışın əsas mərhələsini ümumilikdə 839 min 192, təsnifat mərhələsi də nəzərə alınmaqla 902 min 312 tennis həvəskarı izləyib. Bunadək rekord 2020-ci ildə qeydə alınmışdı. 3 il əvvəl Melburnda keçirilən nüfuzlu turniri 812 min 174 tamaşaçı izləmişdi.

Qeyd edək ki, ötən il “Böyük dəbilqə” yarışlarından olan “Uimbldon”u 515 min 164, “Rolan Qarros”u 613 min 500, “US Open”i isə 776 min 120 nəfər izləmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM