satellite   Azerspace-1: 11135 H 30000

Sərbəst güləşçilərimiz "Zaqreb Open"də daha üç medal qazanıblar

Sərbəst güləşçilərimiz "Zaqreb Open"də daha üç medal qazanıblar

Xorvatiyada güləş üzrə “Zaqreb Open” turniri davam edir.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, turnirin ikinci günündə - fevralın 2-də beş güləşçimiz mübarizə aparıb. Sərbəst güləşçilərimiz 3 medal qazanıblar.

Belə ki, Georgi Meşvildişvili (125 kq) gümüş, Osman Nurmaqomedov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) isə bürünc medal əldə ediblər.

Qeyd edək ki, turnirin ilk yarış günündə sərbəst güləşçilərdən Əliabbas Rzazadə (57 kq) qızıl, Hacı Əliyev (70 kq) gümüş, Cəbrayıl Qadjiyev (74 kq), Əli Rəhimzadə (65 kq) və Xadjimurad Qadjiyev (70 kq) bürünc medal qazanıblar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM