satellite   Azerspace-1: 11135 H 30000

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb

Qadın şahmatçılar arasında Azərbaycan çempionatının püşkü atılıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Şahmat Federasiyasına istinadla xəbər verir ki, 11 idmançının iştirak edəcəyi yarışın ilk turunda Ləman Hacıyeva -Türkan Məmmədyarova, Ayan Allahverdiyeva - Xəyalə Abdulla, Zeynəb Məmmədyarova-Gülnar Məmmədova, Xanım Balacayeva-Gövhər Beydullayeva, Səbinə İbrahimova -Nərmin Abdinova görüşləri oynanılacaq. Nurtan Nuriyeva birinci turda istirahət edəcək.

Çempionatın reytinq favoriti son çempion Gövhər Beydullayevadır (2387).

On bir turdan ibarət çempionatın baş hakimi Ülkər Umudova olacaq. Birinci turun oyunları fevralın 4-də saat 14:30-da başlayacaq.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu artırılaraq 15 min manata çatdırılıb. Qalib şahmatçı 5 min manat pul mükafatı qazanacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM