satellite   Azerspace-1: 11135 H 30000

Cüdoçularımız Parisdə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar

Cüdoçularımız Parisdə “Böyük dəbilqə” turnirində mübarizəyə başlayırlar

Bu gün Azərbaycanın üç cüdoçusu Parisdə start götürəcək “Böyük dəbilqə” turnirində mübarizəyə qoşulacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Balabəy Ağayev (60 kq) 1/16 final mərhələsində Matteus Takaki (Braziliya) - Petros Çristodoulides (Kipr) cütünün qalibi ilə üz-üzə gələcək. Yaşar Nəcəfov (66 kq) eyni raundda An Cehonq (Cənubi Koreya) - Cerard Kadet (Haiti) duelinin güclüsü ilə qarşılaşacaq. Nurlan Osmanov (73 kq) 1/32 finalda İdo Levinlə (İsrail) münasibətlərə aydınlıq gətirəcək.

Fevralın 5-də yekun vurulacaq turnirdə 85 ölkədən 535 idmançı iştirak edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM