satellite   Azerspace-1: 11135 H 30000

Karate üzrə milli komandamız yeniyetmə və gənclərin Avropa çempionatında iştirak edir

Karate üzrə milli komandamız yeniyetmə və gənclərin Avropa çempionatında iştirak edir

Kiprin Larnaka şəhərində yeniyetmə və gənclərin Avropa çempionatında iştirak edən milli komandamız yarışın son günündə - fevralın 5-də 4 qızıl və 4 bürünc medal uğrunda mübarizə aparacaq.

Azərbaycan Milli Karate Federasiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildiriblər ki, 14-15 yaşlı yeniyetmələrdən Gülay Orucova (54 kq), 16-17 yaşlı gənclər arasında Fərid Savadov (55 kq) və Aysu Əliyeva (59 kq), 21 yaşadək gənclərin yarışında isə Əminağa Quliyev (60 kq) final görüşünə çıxacaq.

14-15 yaşlı yeniyetmələrdən Salman Salmanov (kata), Fatima Məmmədova (47 kq) və Rahib Əzim (70 kq), eləcə də 21 yaşadək gənclərin yarışında Hüseyn Məmmədli (67 kq) isə bürünc medal görüşlərində iştirak edəcək.

Xatırladaq ki, çempionat fevralın 3-dən başlanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM