satellite   Azerspace-1: 11135 H 30000

Cüdoçularımız “Böyük dəbilqə” turnirini bir dəst medalla başa vurublar

Cüdoçularımız “Böyük dəbilqə” turnirini bir dəst medalla başa vurublar

Parisdə keçirilən “Böyük dəbilqə” turnirində Azərbaycan cüdoçuları 1 qızıl, 1 gümüş və 1 bürünc medal əldə ediblər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, yarışın birinci günündə Balabəy Ağayev (60 kq) final görüşündə Fransa təmsilçisi Sedrik Revolı məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Turnirin ikinci günündə Murad Fətiyev (90 kq) final görüşündə niderlandlı cüdoçu Noel Van T End ilə qarşılaşıb. Məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.

Zelim Kotsoyev (100 kq) isə belçikalı cüdoçu Toma Nikiforova qalib gələrək bürünc medala sahib olub.

Azərbaycan medal əyarına görə ümumi hesabda və kişilər arasında dördüncü yeri tutub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM