satellite   Azerspace-1: 11135 H 30000

Millimizin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb

Millimizin Avropa çempionatının əsas mərhələsindəki oyunlarının təqvimi açıqlanıb

On doqquz yaşadək futzalçılar arasında təşkil olunacaq Avropa çempionatının əsas mərhələsində mübarizə aparacaq Azərbaycan millisinin yer aldığı 5-ci qrupun təqvimi açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Futzal Federasiyasına istinadla xəbər verir ki, millimiz martın 22-də Fransadan olan həmyaşıdları ilə üz-üzə gələcək. Ertəsi gün rəqibimiz Bosniya və Herseqovina futzalçıları olacaq. Baş məşqçi Ağatahir Əzimovun başçılıq etdiyi U-19 bu mərhələdə son görüşünü martın 25-də Yunanıstan yığmasına qarşı keçirəcək.

Qeyd edək ki, 5-ci qrupun oyunları Bosniya və Herseqovinada təşkil olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM