satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın iki idmançısı “Böyük dəbilqə” turnirində finala yüksəlib

Azərbaycanın iki idmançısı “Böyük dəbilqə” turnirində finala yüksəlib

İsrailin paytaxtı Tel-Əviv şəhərində keçirilən “Böyük dəbilqə” turnirinin sonuncu günündə Azərbaycanın iki cüdoçusu finala vəsiqə qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, 100 kiloqram çəki dərəcəsində Zelim Kotsoyev finalda niderlandlı cüdoçu Maykl Korrel ilə, Uşanqi Kokauri (+100 kq) isə monqolustanlı cüdoçu Tsetsentsenqel Odxu ilə qızıl medal uğrunda mübarizə aparacaq.

Doxsan kiloqram çəkidə Məmmədəli Mehdiyev braziliyalı cüdoçu Rafael Makedo ilə bürünc medal üçün gücünü sınayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM