satellite   Azerspace-1: 11135 H 30000

Selcan Mahsudova Dünya Kubokunda bürünc medal qazanıb

Selcan Mahsudova Dünya Kubokunda bürünc medal qazanıb

Batut gimnastikası üzrə Azərbaycan millisinin üzvü Selcan Mahsudova Bakıda keçirilən Dünya Kubokunda bürünc medal qazanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyinin məlumatına görə, 20 yaşlı idmançı Milli Gimnastika Arenasında təşkil edilən yarışın finalında üçüncü yeri tutub.

O, qadınlar arasında fərdi yarışda 52.910 göstəriciyə imza atıb. Dünya Kubokunun qalibi braziliyalı Kamilla Qomes (54.860) olub. Fransalı Lea Labrusse (53.970) gümüş mükafata yiyələnib.

Qeyd edək ki, Selcan Mahsudova 2022-ci ildə Bakıda keçirilən Dünya Kubokunda gümüş medal qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM