satellite   Azerspace-1: 11135 H 30000

Boksçularımızın “Strandja” turnirində ilk rəqibləri bəlli olub

Boksçularımızın “Strandja” turnirində ilk rəqibləri bəlli olub

Bolqarıstanın paytaxtı Sofiyada kişi və qadın boksçular arasında keçiriləcək “Strandja” beynəlxalq turnirinin püşkü atılıb. Bu gün start götürəcək ənənəvi A kateqoriyalı yarışda Azərbaycan idmançılarının da rəqibləri bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Boks Federasiyasına istinadla xəbər verir ki, püşkə əsasən, Günel Rəhimova (48 kq) fransalı Qloria Dameyda, Anaxanım İsmayılova (50 kq) İspaniya idmançısı Laura Fernandes, Zeynəb Rəhimova (54 kq) Yuliya Koroli (Moldova), Məhsəti Həmzəyeva (57 kq) Vinakşi (Hindistan), Şəhla Allahverdiyeva (66 kq) kanadalı Çarli Kavana, Aynur Rzayeva (81 kq-dan yuxarı) Monika (Hindistan), Malik Həsənov (63,5 kq) Şpetim Bayoku (Kosovo) və Məhəmməd Abdullayev (92 kq-dan yuxarı) isə bolqarıstanlı Yordan Morehon ilə qarşılaşacaq.

Turnirin ilk günündə Günel Rəhimova, Anaxanım İsmayılova, Məhsəti Həmzəyeva və Şəhla Allahverdiyeva rinqə çıxacaqlar.

“Strandja” turnirində 40-dək ölkədən 398 boksçu (256 kişi, 142 qadın) mübarizə aparacaq. Yarışın qaliblərinin adına fevralın 26-da aydınlıq gələcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM