satellite   Azerspace-1: 11135 H 30000

"Real Madrid"in iki yarımmüdafiəçisi "Liverpul"la oyunu buraxacaq

"Real Madrid"in iki yarımmüdafiəçisi "Liverpul"la oyunu buraxacaq

İspaniyanın "Real Madrid" klubunun iki əsas futbolçusu İngiltərədə "Liverpul"a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununu buraxacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Madrid təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Aurelien Çuameni və Toni Kroos matçda iştirak etməyəcək.

Yarımmüdafiəçilər bir gün əvvəl xəstəlik səbəbindən məşq etməyiblər. Ölkə çempionunda müdafiəçi Ferlan Mendi isə zədəli olduğu üçün meydana çıxmayacaq.

Qeyd edək ki, fevralın 21-də oynanılacaq "Liverpul" - "Real Madrid" görüşü Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM