satellite   Azerspace-1: 11135 H 30000

“Milan” futbolçusu Olivye Jiru ilə müqaviləni yeniləyəcək

“Milan” futbolçusu Olivye Jiru ilə müqaviləni yeniləyəcək

İtaliyanın “Milan” klubu futbolçusu Olivye Jiru ilə müqaviləni yeniləyəcək.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, hücumçu ilə müqavilənin müddəti 2024-cü ilin iyununadək uzadılacaq. Otuz altı yaşlı futbolçu ilinə 3,8 milyon avro maaş və bonuslar alacaq.

Fransa milli komandasının hücumçusu cari mövsüm İtaliya A seriyasında 24 matçda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Jirunun hazırkı müqaviləsi bu ilin iyununda başa çatır.

Futbolçu Fransa millisinin heyətində 121 oyuna çıxıb və 53 qol vurub. Hücumçu Fransa millisinin tarixində ən çox qol vuran futbolçudur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM