satellite   Azerspace-1: 11135 H 30000

Qadın güləşçilərimiz Avropa çempionatına Polşada hazırlaşırlar

Qadın güləşçilərimiz Avropa çempionatına Polşada hazırlaşırlar

Qadın güləşi üzrə Azərbaycan millisi Avropa çempionatına Polşada hazırlaşır.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, Spala Olimpiya Təlim-Məşq bazasında məskunlaşan yığmamız Polşa, Bolqarıstan, Fransa və Rumıniya komandaları ilə birgə təlim-məşq toplanışı keçir.

Baş məşqçi Semyon Çterevin rəhbərliyi altında hazırlıq prosesində Mariya Stadnik (50 kq), İlona Didyak (53 kq), Elnurə Məmmədova (55 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Elis Manolova (62 kq) və Birgül Soltanova (65 kq) iştirak edirlər.

Qeyd edək ki, taktiki-texniki çalışmalara üstünlük verilən toplanış aprelin 8-dək davam edəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM