satellite   Azerspace-1: 11135 H 30000

Taekvondoçularımız açıq Avstriya çempionatında güclərini sınayacaqlar

Taekvondoçularımız açıq Avstriya çempionatında güclərini sınayacaqlar

Aprelin 1-də taekvondo üzrə açıq Avstriya çempionatı start götürəcək. İnsbrukda iki gün davam edəcək yarışda Azərbaycan milli komandası da mübarizə aparacaq.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Azərbaycan Taekvondo Federasiyasına istinadla xəbər verir ki, ölkəmiz G1 kateqoriyalı beynəlxalq yarışda böyük məşqçi Elnur Amanovun rəhbərliyi altında 4 idmançı ilə təmsil olunacaq. Yığmamızın üzvlərindən açıq Avstriya çempionatında Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (74 kq), Eltac Qafarov (80 kq) və Taleh Süleymanov (87 kq) güclərini sınayacaqlar.

Qeyd edək ki, bu gün İnsbruka yollanan komandamız aprelin 3-də Bakıya qayıdacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM