satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanlı güləşçi gümüş medal qazanıb

Naxçıvanlı güləşçi gümüş medal qazanıb

Bakı İdman Sarayında sərbəst və yunan-Roma güləşi üzrə gənclər (U-20) arasında Azərbaycan çempionatı keçirilib.  

Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Naxçıvan televiziyası İnformasiya Agentliyinə verilən məlumata görə, yarışda Naxçıvan Güləş Federasiyasının yetirməsi Əli Səfərov 92 kq çəki dərəcəsində mübarizə aparıb. Finala qədər maneəsiz irəliləyən Naxçıvan idmançısı həlledici görüşdə komanda yoldaşı Rəvan Musayevlə (Olimpsport) qarşılaşıb.

Gərgin keçən görüşdə Əli Səfərov ölkə çempionatını ikinci yerdə tamamlayaraq gümüş medala sahib olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM