satellite   Azerspace-1: 11135 H 30000

Teymur Rəcəbov: Azərbaycanda şahmatçılara münasibət qəhrəmanlara olan münasibət kimidir

Teymur Rəcəbov: Azərbaycanda şahmatçılara münasibət qəhrəmanlara olan münasibət kimidir

Azərbaycan qrosmeysteri Teymur Rəcəbov doğma ölkəsində hökumətin şahmata münasibətindən söhbət açıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi “championat.com” saytına istinadla xəbər verir ki, qrosmeyster bu fikirləri bölüşüb: “Mən əminəm ki, əgər dünya çempionu adı uğrunda Azərbaycan qrosmeysteri oynasaydı, o halda Bakı dərhal bu matça ev sahibliyi etmək təklifini irəli sürərdi. Şahmatın inkişafı baxımından, ölkə Prezidenti İlham Əliyevin dəstəyi ilə çox iş görülür. Yəqin ki, futboldan sonra Azərbaycanda şahmat əsas idman növlərindən biridir. Hətta yuniorların və yeniyetmələrin çıxışına böyük diqqət ayrılır. Bəzən bunu unudurlar, lakin bir partiya oynayan kimi Azərbaycanda şahmata marağın nə dərəcədə yüksək olması dərhal yada düşür. Dövlət tərəfindən böyük dəstək var. Azərbaycanda şahmatçılara münasibət qəhrəmanlara olan münasibət kimidir”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM