satellite   Azerspace-1: 11135 H 30000

Fransada dünya kubokunun mərhələ yarışları rusiyalı idmançılara görə ləğv olunub

Fransada dünya kubokunun mərhələ yarışları rusiyalı idmançılara görə ləğv olunub

Fransa Qılıncoynatma Federasiyası Sen-Mor-de-Fosse şəhərində keçirilməsi nəzərdə tutulan dünya kubokunun mərhələ yarışlarını ləğv edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici mətbuata istinadla xəbər verir ki, yarışın ləğv edilməsinə Rusiya və Belarus qılıncoynadanlarının Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) tərəfindən beynəlxalq yarışlara buraxılması səbəb olub.

Xatırladaq ki, rusiyalı və belaruslu qılıncoynadanların beynəlxalq turnirlərdə iştirakına icazə verilməsi barədə qərarın aprelin ikinci yarısında qüvvəyə minəcəyi gözlənilir. Bu, Rusiya və Belarus qılıncoynadanlarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat mərhələsində iştirak etməyə imkan verəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Danimarka Qılıncoynatma Federasiyası da eyni səbəbdən Kopenhagendə keçirilməsi nəzərdə tutulan beynəlxalq turniri ləğv etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM