satellite   Azerspace-1: 11135 H 30000

UEFA Millətlər Liqasının formatı dəyişdirilə bilər

UEFA Millətlər Liqasının formatı dəyişdirilə bilər

UEFA Millətlər Liqasının formatında dəyişiklik edilə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə UEFA prezidenti Aleksander Çeferin qurumun 47-ci Konqresində çıxışında deyib.

Sloveniyalı futbol funksioneri bildirib ki, UEFA Millətlər Liqasında təsnifat mərhələlərinin təşkili istisna deyil: “Ayaqda qalmaq üçün zamana uyğun hərəkət etməliyik. Federasiyalar və bütün maraqlı tərəflərlə geniş müzakirələrdən sonra klub yarışları üçün cəsarətli yeni formatlar təqdim etdik. 2024-cü ildən etibarən kişi və qadın futbolunda, eləcə də Millətlər Liqasında seçmə mərhələ strukturları ilə bağlı müzakirələr gedir”.

Qeyd edək ki, bugünkü Konqresdə UEFA-ya prezident seçkiləri keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM