satellite   Azerspace-1: 11135 H 30000

Polşada dünya kubokunun mərhələ yarışları rusiyalı idmançılara görə ləğv olunub

Polşada dünya kubokunun mərhələ yarışları rusiyalı idmançılara görə ləğv olunub

Polşa Qılıncoynatma Federasiyası Poznan şəhərində keçirilməsi nəzərdə tutulan dünya kubokunun mərhələ yarışlarını ləğv edib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xarici mətbuata istinadla xəbər verir ki, yarışın ləğv edilməsinə Rusiya qılıncoynadanlarının Beynəlxalq Qılıncoynatma Federasiyası (FIE) tərəfindən beynəlxalq yarışlara buraxılması səbəb olub.

Rusiyalı və belaruslu qılıncoynadanların beynəlxalq turnirlərdə iştirakına icazə verilməsi barədə qərarın aprelin ikinci yarısında qüvvəyə minəcəyi gözlənilir. Bu, Rusiya və Belarus qılıncoynadanlarına 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarının təsnifat mərhələsində iştirak etməyə imkan verəcək.

Aprelin 21-23-də Poznanda keçirilməsi nəzərdə tutulan dünya kubokunun mərhələ yarışları “Paris-2024”ə təsnifat xarakteri daşıyırdı.

Qeyd edək ki, bir neçə gün əvvəl Danimarka Qılıncoynatma Federasiyası eyni səbəbdən Kopenhagendə beynəlxalq turniri, Fransa Qılıncoynatma Federasiyası Sen-Mor-de-Fosse şəhərində keçirilməsi nəzərdə tutulan dünya kubokunun mərhələ yarışlarını ləğv etmişdi.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM