satellite   Azerspace-1: 11135 H 30000

“Qalatasaray” klubu Türkiyə kuboku yarışlarında mübarizəni dayandırıb

“Qalatasaray” klubu Türkiyə kuboku yarışlarında mübarizəni dayandırıb

Futbol üzrə Türkiyə kuboku yarışlarında dörddəbir final mərhələsinin daha bir oyunu keçirilib.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, "Qalatasaray" klubu doğma meydanında "Başakşehir"i qəbul edib. Görüş “Başakşehir”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

“Başakşehir”in heyətində Patrik Şiş dubl edib, digər qolu Daniel Aleksiç vurub. Meydan sahiblərinin heyətində isə Kaan Ayhan və Mauro İkardi fərqləniblər.

Beləliklə, “Qalatasaray” klubu Türkiyə kuboku yarışlarında mübarizəni dayandırıb.

Qeyd edək ki, “Başakşehir” klubu finala gedən yolda "Ankaragücü" ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM