satellite   Azerspace-1: 11135 H 30000

Çempionlar Liqası: İstanbulda keçiriləcək final matçının biletləri satışa çıxarılıb

Çempionlar Liqası: İstanbulda keçiriləcək final matçının biletləri satışa çıxarılıb

UEFA bu il Türkiyənin İstanbul şəhərində keçiriləcək Çempionlar Liqasının final oyunu üçün biletləri satışa çıxarıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, ən ucuz biletin qiyməti 70 avro, ən bahalı biletin qiyməti 690 avrodur.

II və III kateqoriyalar üzrə biletlərin qiyməti isə müvafiq olaraq 180 və 490 avro təşkil edir.

Qeyd edək ki, həlledici qarşılaşma iyunun 10-da Atatürk Olimpiya Stadionunda baş tutacaq. Finala gedən yolda İspaniya "Real Madrid"i İngiltərənin "Mançester Siti" klubu ilə, İtaliya təmsilçiləri "İnter" və "Milan" isə bir-biri ilə qarşılaşacaqlar.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM