satellite   Azerspace-1: 11135 H 30000

KİV: “Liverpul”un hücumçusu “Barselona” ilə anlaşıb”

KİV: “Liverpul”un hücumçusu “Barselona” ilə anlaşıb”

İngiltərənin “Liverpul” komandasının hücumçusu Roberto Firmino yay transfer pəncərəsində azad agent kimi İspaniyanın “Barselona”sına keçə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “MailSport” yazıb.

Bildirilib ki, artıq futbolçu ilə Kataloniya təmsilçisi arasında razılıq əldə olunub.

Qeyd edək ki, 31 yaşlı forvard 2015-ci ildən bəri “Liverpul”da çıxış edir. Braziliyalı futbolçu “qırmızılar”ın heyətində 352 oyun keçirib, 107 qol vurub və 78 məhsuldar ötürmə edib. Firmino “Liverpul”un heyətində İngiltərə çempionu (2020) və Çempionlar Liqasının qalibi (2019) olub, ümumilikdə bu klubla yeddi dəfə kubok qazanıb. Braziliyalının ingilis klubu ilə müqaviləsi yayda başa çatır.

Bu mövsüm Firimino bütün turnirlərdə 33 oyun keçirib, 11 qol vurub və 5 verimli ötürmə edib.

Xatırladaq ki, “Liverpul” Premyer Liqada 30 oyundan sonra 47 xalla 8-ci yerdədir. Mersisayd təmsilçisi avrokuboklara vəsiqə qazanmaq üçün mübarizə aparır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM