satellite   Azerspace-1: 11135 H 30000

Kilian Mbappe Fransa çempionatında əsrin rekordunu təkrarlayıb

Kilian Mbappe Fransa çempionatında əsrin rekordunu təkrarlayıb

PSJ klubunun futbolçusu Kilian Mbappe Fransa çempionatında XXI əsrin rekordunu təkrarlayıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi "Opta"ya istinadən xəbər verir ki, 25 yaşlı hücumçu buna "Anje"yə 2:1 hesabı ilə qalib gəldikləri XXXII tur oyununda dubl etməklə nail olub.

Forvard turnirdə 214 qolda (157 qol, 57 məhsuldar ötürmə) yaxından iştirak edərək Dmitri Payetə çatıb.

2005/2006 mövsümündə Liqa 1-də debüt edən və hazırda "Marsel"in uğurları üçün çalışan Payet "Nant", "Sent-Etyen" və "Lill"in də formasını geyinib. O, çempionatda ümumilikdə 489 matçda meydanda olub.

Daha əvvəl "Monako"da çıxış edən Mbappe bu nailiyyəti 210 oyun və 8 mövsümə təkrarlamağı bacarıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM