satellite   Azerspace-1: 11135 H 30000

Ərəb klubu "Real Madrid"in futbolçusuna 50 milyon avroluq müqavilə təklif edib

Ərəb klubu "Real Madrid"in futbolçusuna 50 milyon avroluq müqavilə təklif edib

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Luka Modriç karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi AS nəşrinə istinadən xəbər verir ki, bu ölkənin təmsilçilərindən biri 38 yaşlı yarımmüdafiəçiyə iki illik müqavilə təklif edib.

Xorvatiyalı oyunçu bunu qəbul etsə, 50 milyon avro məvacib alacaq.

Modriç "Real Madrid"də qalmaq istəyir, lakin paytaxt klubu hələlik sözləşmənin uzadılması ilə bağlı rəsmi təklif göndərməyib.

Qeyd edək ki, Luka Modriç 2012-ci ildən Madrid təmsilçisinin formasını geyinir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM