satellite   Azerspace-1: 11135 H 30000

Güləşçilərimiz qələbələrini Ali Baş Komandana və hərbçilərə həsr ediblər

Güləşçilərimiz qələbələrini Ali Baş Komandana və hərbçilərə həsr ediblər

“Xorvatiyada başa çatan Avropa çempionatının son günündə güləşçilərimiz çox böyük uğurlara imza atıb”.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov tviter səhifəsində yazıb.

Onun sözlərinə görə, yarışın son günündə Azərbaycan idmançıları 2 qızıl, 1 bürünc medal qazanıb:

“Güləşçilərimiz qələbələrini Azərbaycan dövlətinə, Ali Baş Komandana və dövlətimizin bütün sərhədlərini qoruyan hərbi qulluqçularımıza həsr edir. Belə əlamətdar gündə məğlub ola bilməzdik! Avropa çempionatında Azərbaycan güləşçiləri 5 qızıl, 6 gümüş və 3 bürünc olmaqla, ümumilikdə 14 medal qazanıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Livanda matəm elan olunub

09:46 09.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM