satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” son 3 mövsümün rekorduna imza atıb

“Qarabağ” son 3 mövsümün rekorduna imza atıb

“Qarabağ” son 3 mövsümün rekorduna imza atıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, Ağdam klubu Premyer Liqanın son 16 oyununda qol vuraraq buna nail olub.

Komanda XXXI turda “Zirə” ilə ev matçında 2:2 hesablı heç-heçə edib. XV turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Qurban Qurbanovun yetirmələri hər qarşılaşmada qol sevinci yaşayıblar.

16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə qoyub.

Qeyd edək ki, sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018/2019 və 2019/2020 mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyiblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM