satellite   Azerspace-1: 11135 H 30000

Almaniya millisinin 1000-ci oyunundakı rəqibi açıqlanıb

Almaniya millisinin 1000-ci oyunundakı rəqibi açıqlanıb

Futbol üzrə Almaniya millisinin 1000-ci oyunundakı rəqibi açıqlanıb.

Naxçıvan televiziyası İnformasiya Agentliyi Almaniya Futbol Assosiasiyasının (DFB) rəsmi saytına istinadən xəbər verir ki, Bundestim yubiley matçını Ukrayna yığmasına qarşı keçirəcək.

Bunu DFB-nin prezidenti Bernd Noyendorf və qurumun idman direktoru Rudi Feller də təsdiqləyiblər. Onlar qarşılaşmanın xeyriyyə xarakterli olacağını bildiriblər.

Qeyd edək ki, Almaniya – Ukrayna oyunu iyunun 12-də Bremendə keçiriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM