satellite   Azerspace-1: 11135 H 30000

Üçüncü Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilər bəlli olub

Üçüncü Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilər bəlli olub

Polşada keçiriləcək üçüncü Avropa Oyunlarında ölkəmizi təmsil edəcək karateçilər bəlli olub.

Naxçıvan televiziyası İnformasiya Agentliyi oyunların rəsmi saytına istinadla xəbər verir ki, mötəbər yarışda səkkiz karateçimiz medallar uğrunda mübarizə aparacaq.

Kişilərin yarışında ölkəmizin idman şərəfini Əminağa Quliyev (60 kq), Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Asiman Qurbanlı (84 kq-dan yuxarı) qoruyacaqlar.

Qadınların mübarizəsində Fidan Teymurova (50 kq), Mədinə Sadıqova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) medallar uğrunda yarışacaqlar.

Üçüncü Avropa Oyunlarının karate yarışlarında 20 ölkədən 96 idmançı mübarizə aparacaq.

Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarına iyunun 21-də start veriləcək. Yarışın bağlanış mərasimi iyulun 2-də keçiriləcək. Karate yarışları isə iyunun 22-23-də baş tutacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM