satellite   Azerspace-1: 11135 H 30000

“Liverpul”un yarımmüdafiəçisi pulsuz “Barselona”ya keçə bilər

“Liverpul”un yarımmüdafiəçisi pulsuz “Barselona”ya keçə bilər

“Liverpul”un yarımmüdafiəçisi Nəbi Keyta və “Kristal Pelas”ın hücumçusu Vilfrid Zaha yay transfer pəncərəsində “Barselona”ya keçə bilər.

Naxçıvan televiziyası İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Sport.es” məlumat yayıb.

Hər iki futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır, ona görə də ispan klubu oyunçuları pulsuz transferlə almaqda maraqlıdır.

28 yaşlı Nəbi Keytanı “Liverpul” 2018-ci ilin yayında Almaniya “Leyptsiq”indən 60 milyon avroya alıb. Bu mövsüm yarımmüdafiəçi bütün yarışlar daxil olmaqla 13 matçda qol vurmadan meydanda olub. Tərəflər arasında müqavilə bu mövsümün sonunda başa çatır.

30 yaşlı Zaha isə “Kristal Pelas”ın yetirməsidir. O, 2013-cü ildə “Mançester Yunayted”ə keçəndə klubdan ayrılıb. 2014-cü ilin avqustunda Zaha doğma komandasına qayıdıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM