satellite   Azerspace-1: 11135 H 30000

Şahmatçımız Süleyman Süleymanlı dünya çempionatında gümüş medal qazanıb

Şahmatçımız Süleyman Süleymanlı dünya çempionatında gümüş medal qazanıb

Yunanıstanın Rodos şəhərində təşkil edilən məktəblilər arasında şahmat üzrə dünya çempionatına yekun vurulub.

Azərbaycan Şahmat Federasiyasından Naxçıvan televiziyası İnformasiya Agentliyinə bildirilib ki, çempionatda ölkəmizi təmsil edən Süleyman Süleymanlı 17 yaşadək məktəblilərin yarışında gümüş medal qazanıb.

Həmyerlimiz 7 xalla yaşıdları arasında ikinci olub. Bu yaş kateqoriyasında 7,5 xal toplayan Adar Tarhan (Türkiyə) qalib adına sahib olub. Rumıniya təmsilçisi Andrey Filip 6,5 xalla bürünc medala layiq görülüb.

Qeyd edək ki, mötəbər yarışda 51 ölkə iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM