satellite   Azerspace-1: 11135 H 30000

“Barselona” yetirməsini kluba qaytarıb

“Barselona” yetirməsini kluba qaytarıb

İspaniyanın “Barselona” klubu yetirməsi Oriol Romeunu qaytarıb.

Naxçıvan televiziyası yerli mətbuata istinadən xəbər verir ki, 31 yaşlı futbolçu bu həftə La Liqa çempionu ilə münasibətləri rəsmiləşdirəcək.

Ötən mövsüm “Jirona” klubunda çıxış edən Romeu artıq “Barselona”da tibbi müayinədən keçib. Klublar arasında razılığa əsasən, “Jirona” bu keçiddən 5 milyon avro gəlir əldə edəcək. Eyni zamanda Pablo Torre bu mövsüm icarə əsasında “Jirona”da çıxış edəcək.

Qeyd edək ki, Oriol Romeu ötən mövsüm La Liqada 33 oyuna çıxıb, 2 qol vurub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM