satellite   Azerspace-1: 11135 H 30000

"Araz-Naxçıvan" bosniyalı qapıçını transfer edib

"Araz-Naxçıvan" bosniyalı qapıçını transfer edib

Transfer çalışmalarını davam etdirən “Araz-Naxçıvan” heyətini yeni qapıçı ilə gücləndirib.

Klubdan Naxçıvan televiziyası-a verilən məlumata görə, Naxçıvan təmsilçisi bir müddətdir baxışda olan, “Turan Tovuz”la yoxlama oyununda da iştirak edən bosniya və herseqovinalı Semir Bukviçlə anlaşıb.

32 yaşlı qolkiperlə 1 mövsümlük müqavilə imzalanıb.

Qeyd edək ki, Semir Bukviç son olaraq ölkəsində “Sloboda Tuzla”nın formasını geyinib. Klub daha əvvəl legionerlərdən portuqaliyalı Nuno Migel və braziliyalı Vandersonla 1 illik sözləşmə imzalayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM