satellite   Azerspace-1: 11135 H 30000

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 100 arenası sırasına düşüb

Bakı Olimpiya Stadionu dünyanın ən yaxşı 100 arenası sırasına düşüb

Bakı Olimpiya Stadionu (BOS) dünyanın ən yaxşı 100 stadionu sırasına düşüb.

Naxçıvan televiziyası xəbər verir ki, “FourFourTwo” nəşrinin araşdırmasına görə, BOS siyahıda 41-ci yeri tutur.

Dünyanın ən yaxşı arenası Argentinadakı “La Bombonera” seçilib. Braziliyada yerləşən məşhur “Marakana” ikinci pillədədir. İlk “üçlüy”ü Almaniyanın “Borussiya” (Dortmund) klubunun ev oyunlarını keçirdiyi “Siqnal İduna Park” qapayır.

Ən yaxşı 10 stadion:

1. “La Bombonera” (Argentina)

2. “Marakana” (Braziliya)

3. “Siqnal İduna Park” (Almaniya)

4. “Tottenhem Hotspur” (İngiltərə)

5. “Monumental” (Argentina)

6. “Azteka” (Meksika)

7. “Nou Kamp” (İspaniya)

8. “Uembli” (İngiltərə)

9. “İbroks” (Şotlandiya)

10. “San Siro” (İtaliya)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM