satellite   Azerspace-1: 11135 H 30000

Türkiyə yenidən avrokubokların final oyununa ev sahibliyi edə bilər

Türkiyə yenidən avrokubokların final oyununa ev sahibliyi edə bilər

Türkiyə 2026 və ya 2027-ci ildə keçiriləcək avrokubokların final oyununa ev sahibliyi edə bilər.

Naxçıvan televiziyası UEFA-nın tviter səhifəsinə istinadən xəbər verir ki, yerli futbol federasiyası bununla bağlı quruma rəsmi müraciət edib.

Türkiyə həmin illərdə Avropa Liqası və ya Konfrans Liqasının final matçının qəbulunda maraqlıdır.

Həmçinin 2026 və 2027-ci illərdəki qitəmiqyaslı turnirlərin həlledici görüşlərinə digər iddiaçı ölkələr də açıqlanıb.

Çempionlar Liqası: Macarıstan, İtaliya;

Avropa Liqası: Almaniya, Rumıniya, Şotlandiya, Türkiyə;

Konfrans Liqası: Almaniya, İsrail, Norveç, Şotlandiya, İsveçrə, Türkiyə;

Qadınlar arasında Çempionlar Liqası: Almaniya, Norveç, Şotlandiya.

Qeyd edək ki, 2022/2023 mövsümündə Çempionlar Liqasının “Mançester Siti” (İngiltərə) ilə “İnter” (İtaliya) arasında keçirilən final görüşü İstanbulda baş tutub. “Mançester Siti” Atatürk Olimpiya Stadionundakı matçda rəqibi üzərində 1:0 hesablı qələbə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM