satellite   Azerspace-1: 11135 H 30000

Koreyalı müdafiəçi Kim Min Jae “Bavariya”ya keçib

Koreyalı müdafiəçi Kim Min Jae “Bavariya”ya keçib

Cənubi koreyalı müdafiəçi Kim Min Jae “Bavariya”ya keçib.

Naxçıvan televiziyası klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən mövsüm “Napoli”də çıxış edən 26 yaşlı müdafiəçinin transferi 50 milyon avroya başa gələcək. Futbolçu Almaniya klubu ilə 2028-ci ilədək müqavilə imzalayacaq.

O, “Bavariya”da üç nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, müdafiəçi İtaliya çempionu “Napoli”nin ötən mövsüm əsas oyunçularından biri olub. Kim Min Jae A Seriyasında 35 oyuna çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM