satellite   Azerspace-1: 11135 H 30000

“Qarabağ” – “Linkoln” matçına 18 min 500 bilet satılıb

“Qarabağ” – “Linkoln” matçına 18 min 500 bilet satılıb

Ağdamın “Qarabağ” futbol klubunun UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində Cəbəllütariq klubu “Linkoln”la keçirəcəyi cavab oyununa 18 min 500 bilet satılıb.

Naxçıvan televiziyası Ağdam təmsilçisinə istinadla xəbər verir ki, 68 min tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmaya bilet satışı davam edir. Biletlərin qiyməti müvafiq olaraq 5, 20, 30 və 75 manat təşkil edir. Görüş bu gün saat 20:00-da start götürəcək.

Qeyd edək ki, komandalar arasında Cəbəllütariqdə keçirilən ilk oyunda “Qarabağ” 2:1 hesablı qələbə qazanıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM