satellite   Azerspace-1: 11135 H 30000

"Rakuv" - "Qarabağ" oyununun hakimləri bəlli olub

"Rakuv" - "Qarabağ" oyununun hakimləri bəlli olub

"Rakuv" və "Qarabağ" komandaları arasında Polşada keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunu üçün təyinatlar bəlli olub.

Naxçıvan televiziyası-ın məlumatına görə, qarşılaşma İsveçrədən olan hakimlər briqadasına tapşırılıb.

FIFA referisi Lukas Fendrixə həmyerliləri Yonas Enri və Giyom Mer laynsman qismində yardımçı olacaqlar. Dördüncü hakim funksiyasını Lionel Çudi yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 26-da oynanılacaq görüş Bakı vaxtı ilə saat 22:15-də başlayacaq. Cavab matçı bir həftə sonra Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM