satellite   Azerspace-1: 11135 H 30000

"Qarabağ" və "Neftçi" arasındakı oyunların vaxtı bəlli olub

"Qarabağ" və "Neftçi" arasındakı oyunların vaxtı bəlli olub

Azərbaycan Premyer Liqasında "Qarabağ" və "Neftçi" komandaları arasında keçiriləcək oyunların vaxtı müəyyənləşib.

Naxçıvan televiziyası-ın məlumatına görə, IX tura təsadüf edəcək ilk qarşılaşma 6-8 oktyabrda olacaq və "ağ-qaralar" son ölkə çempionunu qəbul edəcək.

Tərəflər arasında ikinci matç XVII turda (15-17 dekabr) gerçəkləşəcək. Bu dəfə "köhlən atlar" meydan sahibi qismində mübarizə aparacaq.

III dövrədəki Azərbaycan derbisi XXV-ci turda (1-3 mart), sonuncu görüş isə XXXIII turda (3-5 may) baş tutacaq.

Qeyd edək ki, Premyer Liqaya avqustun 4-də start veriləcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM