satellite   Azerspace-1: 11135 H 30000

UEFA reytinqi: “Sabah” ilk dəfə Azərbaycana xal qazandırıb

UEFA reytinqi: “Sabah” ilk dəfə Azərbaycana xal qazandırıb

“Sabah” ilk dəfə UEFA reytinqində Azərbaycana xal qazandırıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, Bakı klubu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində Latviya təmsilçisi RFŞ-i səfərdə 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

“Sabah”ın avrokuboklarda debüt matçındakı qalibiyyəti sayəsində ölkə reytinqinə 0,250 xal əlavə olunub. Bununla ölkənin cari mövsümdəki xallarının sayı 0,750-yə çatıb.

“Qarabağ” isə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində Polşada yerli “Rakuv”a uduzduğundan (2:3), xal qazandıra bilməyib.

Son 5 mövsümdəki ümumi xallarının sayı 15,000-a çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. Bir addım irəlidə olan Sloveniya 16,000 reytinq xalına malikdir.

Baş tutan qarşılaşmalar Yunanıstan, Finlandiya, Latviya, Malta və Şimali İrlandiyanın irəliləməsinə, İsveç, İrlandiya, Lixtenşteyn, Ermənistan, Lüksemburq, Monteneqro və Andorranın isə geriləməsinə səbəb olub.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM