satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan boksçusu Avropa birinciliyində medalı təmin edib

Azərbaycan boksçusu Avropa birinciliyində medalı təmin edib

Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmələr arasında Avropa birinciliyində medalı təmin edib.

Naxçıvan televiziyası xəbər verir ki, 54 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız yarışda ardıcıl üçüncü qələbəsini qazanaraq, buna nail olub.

Dörddəbir finalda türk Mirboran Yıldırıma 4:1 (29:28, 28:29, 29:28, 29:28, 29:28) hesabı ilə qalib gələn E.Kərimli yarımfinala yüksəlməklə, ən azı bürünc medalı təmin edib. Boksçu finala gedən yolda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gələcək.

Qeyd edək ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin yarımfinalında İlkanə Əhmədova (+80 kq) da mübarizə aparacaq. O, rumıniyalı Denisa Manu ilə döyüşəcək.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM