satellite   Azerspace-1: 11135 H 30000

“Araz-Naxçıvan” klubu qanalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb

“Araz-Naxçıvan” klubu qanalı yarımmüdafiəçi ilə müqavilə imzalayıb

“Araz-Naxçıvan” futbol klubu transfer çalışmalarını davam etdirir.

Naxçıvan televiziyası kluba istinadla xəbər verir ki, yenidən Premyer Liqaya qayıdan komanda daha bir oyunçu ilə anlaşıb.

Bir neçə gündür komandanın düşərgəsində olan Mohammed Kadiri karyerasını Azərbaycanda davam etdirəcək. Qanalı dayaq yarımmüdafiəçisi “Araz-Naxçıvan”a keçidini rəsmiləşdirib.

İyirmi yeddi yaşlı oyunçu ilə birillik müqavilə imzalanıb.

Qeyd edək ki, yarımmüdafiəçi karyerası ərzində Qananın “Aşanti Qold”, Avstriyanın “Austriya”, Rusiyanın “Arsenal” (Tula), Ukraynanın “Dinamo” (Kiyev), “Çernomorets” və Macarıstanın “Honved” klublarında çıxış edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM