satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan tennisçiləri Ermənistan millisini məğlub edərək 3-cü qrupa yüksəliblər

Azərbaycan tennisçiləri Ermənistan millisini məğlub edərək 3-cü qrupa yüksəliblər

Monteneqroda "Davis Cup" turniri başa çatıb.

Naxçıvan televiziyası xəbər verir ki, yarışın 4-cü qrupunda Azərbaycan millisi də təmsil olunub. Kənan Qasımov və Səfər Rəsulovdan ibarət komandamız baş məşqçi Yalçın Manaflının rəhbərliyi altında Kosovoya məğlub olsa da, sonradan Albaniya və İslandiyanı məğlub edərək növbəti mərhələyə yüksəlib.

Son olaraq komandamız Ermənistan millisi ilə qarşılaşıb. Əzmkar oyun nümayiş etdirən Səfər Rəsulov rəqibini 6:4 və 6:2, Kənan Qasımov isə 6:3 və 6:2 hesabları ilə məğlub edib. Bu möhtəşəm qələbədən sonra Azərbaycan 3-cü qrupa yüksəlib. Ermənistan isə 4-cü qrupda qalmağa məcbur olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
SÜLHƏ APARAN YOL - VİDEO

19:50 30.04.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM